Alimlər ilk dəfə canlının yaddaşını silə biliblər - ARAŞDIRMA


Sosial 17 Mar 2020 20:46:00 118 0

Alimlər ilk dəfə canlının yaddaşını silə biliblər - ARAŞDIRMA

Alimlər uzunmüddətli yaddaşı silməyin yolunu tapıblar.

Tokio Universitetinin alimləri yaddaşı silməyin yolunu tapıblar.

“Report” “Neuroscience” jurnalına istinadən xəbər verir ki, araşdırmaçılar təcrübəni meyvə milçəyi (Drosophila) üzərində aparıb və nəticə əldə etmək üçün onu uzun müddət qaranlıqda saxlayıblar.

Belə ki, uzun müddət cütləşməyənerkək meyvə milçəyi travma alır və bu da onun yaddaşındaxatirə kimi qalır. Nəticədə zamanla dişiləri izləməkdən vaz keçir. Ancaq alimlər erkək milçəyi ən az iki gün tam qaranlıqda saxlayıblar. Bu zaman onun xatirələri silinib və özünü keçmişdəki kimi aparıb.

Beləliklə, işığın yaddaşın saxlanılmasında çox vacib rol oynadığı ilk dəfə təsdiqlənib. Bioloqlar bu effektə cavabdeh olan molekulyar prosesi aydınlaşdıra biliblər. Proses yaddaş və öyrənməyə cavabdeh olan zülalla bağlıdır.

Araşdırmaçıların fikrincə, onların kəşfi gələcəkdə insanların travmatik xatirələrdən qurtulmasına yol açan müalicənin metodik əsası ola bilər. Bunu yalnızca dərman deyil, həm də kənar faktorların vasitəsilə etmək mümkün olacaq.