Avtomobildən oğurluq edən şəxs saxlanıldı


Kriminal 17 Mar 2020 20:47:23 157 0

Avtomobildən oğurluq edən şəxs saxlanıldı

Kürdəmir rayon sakini oğurluğa görə yaxalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, martın 15-də Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də Z.Bəndəliyevə məxsus avtomobilin 1200 manat dəyərində hissələrini sökərək oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Qurbanov saxlanılıb.