“Azərbaycanın ilk “Bahar qızı” 53 il sonra...”


Kriminal 17 Mar 2020 20:15:00 215 0

“Azərbaycanın ilk “Bahar qızı” 53 il sonra...”

Əməkdar artist Gülüstan Əliyeva AzTV-də yayımlanan "Görüş yeri" proqramında foto paylaşıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, görüntüdə proqramın aparıcısı Kamilə Babayeva və Xalq artisti Səfurə İbrahimova yer alıb.

S.İbrahimovanın "Bahar qızı" obrazında olması diqqətdən qaçmayıb. G.Əliyeva fotoya "Azərbaycanın ilk "Bahar qızı" 53 il sonra" şərhini yazıb.

Qeyd edək ki, SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk "Bahar qızı" 29 yaşlı S.İbrahimova seçilib.