"Nağd yox, kartla ödəniş edin, çöldən evə heç nə gətirmədiyinizə əmin olun" Ekspert virusdan qorunmağın yollarını göstərir


Digərləri 17 Mar 2020 19:56:00 106 0

"Nağd yox, kartla ödəniş edin, çöldən evə heç nə gətirmədiyinizə əmin olun"  Ekspert virusdan qorunmağın yollarını göstərir

ÜST-ün və Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı əhaliyə vacib olan tövsiyələri vardır ki, insanlar buna ciddi yanaşmalıdır. Çölə çıxanda maskadan istifadə etmək, əlləri yumaq, spirtlə təmizləmək, iş yerlərini dezinfeksiya etmək və s. kimi önləyici profilaktik tədbirlər görmək çox vacibdir. ÜST-ün və Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı tövsiyə və təlimatlarında əsas iki məsələ diqqət çəkir. Bunlardan birincisi ətraf mühit ilə səthi təmas, digəri isə virusa qarşı insan bədəninin immunitetinin güclü olmasıdır.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev virusa yoluxmamaq üçün necə davranmaq gərəkdiyini Son.az vasitəsi ilə diqqətinizə çatdırır: 

"Əllərimizi yuyuruq, spirtləyirik vaxtı-vaxtında bu, öz yerində, ancaq diqqət yetirməli olan bir neçə nüansı qeyd etmək istəyirəm .

Marketlərdən alış-veriş edən zaman nağd şəkildə deyil, kartnan etməyə üstünlük vermək və hər kartdan istifadədən sonra kartı dezinfeksiya etmək (pulnan təmas olmasın deyə), marketdən, yaxud aptekdən alış - veriş edib evə gətirdiyiniz məhsulları (yağ, çay, qənd, şəkər tozu, un, düyü və s.) qablaşdırılmış paketdən çıxardıb evdəki qablara boşatmaq və paketləri tullamaq və əlləri yumaqla çöldən içəri heç nə gətirmədiyinə əmin olmaq olar...