Moskvada ictimai nəqliyyat və metro bağlana bilər SƏBƏB koronavirus


Dünya 17 Mar 2020 19:40:00 124 0

Moskvada ictimai nəqliyyat və metro bağlana bilər  SƏBƏB koronavirus

Koronavirusa yoluxanların sayının kəskin artması baş verərsə, Moskvada sərt tədbirlər həyata keçirilməsi nəzərdən keçirilir.

Son.az Day.Az-a istinadən bildirir ki, bununla belə konkret hansı saydan sonra paytaxtda karantin elan olunacağı açıqlanmır. Hazırda təkcə Moskvada koronavirusa yoluxanların sayı 53 nəfərdir.

Karantin olunacağı təqdirdə fəaliyyəti şəhərin həyati təchizatı ilə birbaşa əlaqəsi olmayan şəxslərin evdən işləmləri gözlənilir.

Bundan başqa, ticarət mərkəzləri, kafe və restoranların işinin məhdudlaşdırılması da nəzərdən keçirlir.

Moskvada virusa yoluxanların sayı həddən artıq çoxalarsa, ictimai nəqliyyat və metronun da işinin dayandırılması gözlənilir.