NurSultan və AlmaAta karantinə bağlanır


Dünya 17 Mar 2020 19:45:00 139 0

NurSultan və AlmaAta karantinə bağlanır

Qazaxıstanın Nur-Sultan və Alma-Ata şəhərləri sürətlə yayılan koronavirus təhlükəsi səbəbilə karantinə bağlanır.

Son.az Day.Az-a istinadən bildirir ki, bu barədə Qazaxıstan hökuməti tərəfindən qərar verilib. Qərara əsasən, şəhərlərdə martın 19-dan karantin elan olunacaq.

Xatırladaq ki, martın 15-də ölkə Prezidenti Kasım-Jomart Tokayev respublikada aprelin 16-na qədər fövqəladə vəziyyətin elan olunması barədə qərar imzalayıb.

Son məlumata görə, Qazaxıstanda koronavirusa yoluxanların sayı 27 nəfərə yüksəlib.