Mütəxəssis: "İctimai nəqliyyatda insanlar qoruyucu vasitələrdən daha ciddi şəkildə istifadə etməlidirlər"


Digərləri 17 Mar 2020 19:48:00 131 0

Mütəxəssis: "İctimai nəqliyyatda insanlar qoruyucu vasitələrdən daha ciddi şəkildə istifadə etməlidirlər"

İctimai nəqliyyatda koronavirus xəstəliyinin yayılma imkanlarının geniş olduğunu nəzərə alaraq, insanlar qoruyucu vasitələrdən daha ciddi şəkildə istifadə etməli və öz təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşmalıdırlar.

Son.az bildirir ki, bunu Trend-ə "Sağlamlığın Qorunması" İctimai Birliyinin sədri Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, vətəndaşlar bacardıqları qədər insanların kütləvi toplaşdığı ərazilərdə olmasınlar, kütləvi tədbirlərə, qonaqlıqlara, gəzintilərə getməsinlər və ictimai nəqliyyatdan istifadə edərkən, mağazalarda alış-veriş edərkən isə özlərini daha etibarlı qorusunlar.

Y.Abdiyeva valideynlərə ehtiyac olmadığı təqdirdə övladlarını özləri ilə harasa aparmamağı tövsiyə edib.

Hazırkı məhdudlaşdırıcı tədbirlərin yalnız insanların sağlamlığının təmini üçün tətbiq edildiyini nəzərə çatdıran mütəxəssis insanları panikaya düşməməyə çağırıb.