Fransa səfirliyi vizaların verilməsini dayandırdı


Dünya 17 Mar 2020 19:50:00 157 0

Fransa səfirliyi vizaların verilməsini dayandırdı

Fransanın Azərbaycandakı səfirliyi vizaların verilməsi prosesini müvəqqəti olaraq dayandırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu səfir Zakari Qross öz "Twitter" səhifəsində yazıb.

Qeyd olunur ki, bu qərar Fransa hökumətinin tapşırığı əsasında qəbul edilib:

"Parisdən gələn göstəriş əsasən, həm lokal olaraq, həm də bütün dünyada vizaların verilməsi müvəqqəti dayandırılıb. Koronavirus böhranı başa çatan kimi sizi Fransada görməyə ümid edirik. Novruz bayramınız mübarək!"