Şirvanda vətəndaş qəbulu onlayn keçiriləcək
Siyasət 17 Mar 2020 18:20:52 157 0
Nazirlər Kabinetinin tövsiyyə və tapşırıqlarına əsasən koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətində vətəndaşların qəbulu ilə əlaqədar yeni qaydalar müəyyən edilib.
Nazirlər Kabinetinin tövsiyə və tapşırıqlarına əsasən, koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətində vətəndaşların qəbulu ilə əlaqədar yeni qaydalar müəyyən edilib.
İcra Hakimiyyətindən "Report"a bildirilib ki, qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları, həmçinin səyyar qəbulların keçirilməsi təxirə salınıb.
Buna görə də vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron müracət və telefon vasitəsi ilə həyata keçiriləcək.
Bu məqsədlə vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşılması üçün fasiləsiz fəaliyyət göstərən qaynar xətt yaradılıb. Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq vətəndaşlardan Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş tələblər çərçivəsində davranmaları xahiş olunur.
Şirvan Şəhər İcra Hakimiyyətinə fasiləsiz müraciətlər üçün:
Qaynar xətt : 215-45-06 e-mail : [email protected]