Azərbaycan neft məhsullarının ixracını 59% artırıb


İqtisadiyyat 17 Mar 2020 17:45:46 167 0

Azərbaycan neft məhsullarının ixracını 59% artırıb

Azərbaycan neft məhsullarının ixracını 59% artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 146,862 min ton həcmində bitumlu süxurlardan alınmış neft və neft məhsulları, tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə % və ya daha çox olan məhsullar ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 65,417 mln. ABŞ dolları təşkil edib.

Bu ilin iki ayında ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 58,6%, dəyəri isə 34,8% çox olub.

Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2% olub.