Almaniyalı iş adamı koronavirus vaksininin hazır olacağı vaxtı açıqladı


Dünya 17 Mar 2020 17:20:59 129 0

Almaniyalı iş adamı koronavirus vaksininin hazır olacağı vaxtı açıqladı

2008-ci ildə “Forbos” jurnalı onun varidatını bir milyard ABŞ dolları dəyərləndirib

Dünya koronavirusa qarşı vaksinin hazırlanacağı vaxtı səbirsizliklə gözləyir.

“Report” “Sabah”a istinadən xəbər verir ki, Almaniyanın “Hoffenheim” şirkətinin sahibi, iş adamı Ditmar Hopp vaksinin hazır olacağı tarixi açıqlayıb.

Onun sözlərinə görə, vaksin cari ilin payızınadək hazır ola bilər. O, açıqlamadan əvvəl ABŞ prezidenti Donald Trampın məsələyə dair təklifindən imtina etmişdi.

Qeyd edək ki, Ditmar Hopp 1940-cı ildə aprelin 26-da Almaniyanın Haydelberq şəhərində anadan olub. Almaniyanın tanınmış iş adamıdır. 2008-ci ildə “Forbes” jurnalı onun varidatını 1 milyard ABŞ dolları həcmində dəyərləndirib. Onun şirkəti kommerisiya məqsədli iri proqram təminatı istehsal edir.