Bu il Azərbaycana avtomobil idxalı 2 dəfədən çox artıb


İqtisadiyyat 17 Mar 2020 17:11:47 122 0

Bu il Azərbaycana avtomobil idxalı 2 dəfədən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 122,893 mln ABŞ dolları dəyərində 11 547 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub

© pexels.com

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 122,893 mln ABŞ dolları dəyərində 11 547 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 378 ədəd və yaxud 2,2 dəfə çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 27 ədəd və yaxud 72,97% artaraq 64 ədəd (dəyəri 7,368 mln ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 6 010 ədəd və yaxud 2,3 dəfə artaraq 10 717 ədəd (99,413 mln ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 1 273-ü (6,681 mln ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 9-u (90,38 min ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 344 ədəd və yaxud 86,7% artaraq 741 ədəd (10,547 mln ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 3 ədəd və yaxud 10,7% azalaraq 25 ədəd (5,564 mln ABŞ dolları) olub.