Lənkəranda yaşayış binasında yanğın:


Digərləri 17 Mar 2020 17:16:00 105 0

Lənkəranda yaşayış binasında yanğın:

Lənkəran şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 60 kubmetr olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 5 kubmetr sahədə və dəhlizində 1 ədəd paltaryuyan maşın yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.