Azərbaycanın neft ixracından gəliri 5% artıb


İqtisadiyyat 17 Mar 2020 17:02:01 122 0

Azərbaycanın neft ixracından gəliri 5% artıb

​Azərbaycanın neft ixracından gəliri 5% artıb

Bu ilin iki ayı ərzində gömrük bəyannamələrinə əsasən, 5,679 mln. ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 2,727 mlrd. ABŞ dolları təşkil edib.

Bu ilin iki ayında ixrac olunan məhsulun dəyəri ötən ilin müvafiq dövründən 4,7% çox, həcmi isə 1,78% az olub.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında xam neftin payı 83,93% təşkil edib.