Qırğızıstana giriş qadağan edildi


Dünya 17 Mar 2020 14:34:00 228 0

Qırğızıstana giriş qadağan edildi

Qırğızıstan hökuməti xarici vətəndaşların ölkəyə girişini müvəqqəti qadağan edən qərar qəbul edib.

Son.az Day.Az-a istinadən bildirir ki, bu barədə baş nazirin müavini Altınay Omurbekova Bişkekdə mətbuat konfransında deyib.

Hökumət rəsmisi əlavə edib ki, koronavirusun sürətlə yayılması fonunda dünyanın bir çox ölkələri belə bir addım atıb və Qırğızıstan da istisna deyil.

Baş nazir müavininin sözlərinə görə, qadağa yük daşımalarına şamil edilməyəcək.

Qeyd edək ki, Qırğızıstanda koronavirusa yoluxma faktı qeydə alınmayıb.