ÜST-nin əməkdaşları koronavirusa yoluxdu


Dünya 17 Mar 2020 14:20:30 300 0

ÜST-nin əməkdaşları koronavirusa yoluxdu

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2 əməkdaşına koronavirus diaqnozu qoyulub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2 əməkdaşına koronavirus diaqnozu qoyulub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədətəşkilatın sözçüsü Kristian Lindmayerməlumat verib.

“Əməkdaşlarımız ofisdən ayrıldıqdan sonra onlarda evdə xəstəliyin simptomları aşkarlanıb və bunun COVID-19 olduğu təsdiqlənib. İkiəməkdaşımızın koronavirusa yoluxduğu aydınlaşıb”, - o deyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 184 000-ə çatıb. Bunların 80 000 nəfəri sağalıb, 7 182 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.