Qazaxıstanda cümə namazları dayandırıldı


Dünya 17 Mar 2020 14:18:00 146 0

Qazaxıstanda cümə namazları dayandırıldı

Koronavirusun sürətlə yayılması fonunda Qazaxıstanda elan edilmiş fövqəladə vəziyyətlə əlaqədar məscidlərdə cümə namazlarının qılınması dayandırılıb.

Son.az Day.Az-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Müsəlmanları Dini İdarəsinin məlumatında qeyd edilib.

Xatırladaq ki, martın 15-də ölkə Prezidenti Kasım-Jomart Tokayev respublikada aprelin 16-a qədər fövqəladə vəziyyətin elan olunması barədə qərar imzalayıb.

Son məlumata görə, Qazaxıstanda koronavirusa yoluxanların sayı 27 nəfərə yüksəlib.