Dünyanın 20 zəngin sahibkarının zərəri açıqlandı


İqtisadiyyat 17 Mar 2020 13:37:10 137 0

Dünyanın 20 zəngin sahibkarının zərəri açıqlandı

Dünya birjalarında dünənki kəskin çöküşdən sonra 20 ən zəngin sahibkar 68 milyard ABŞ dolları məbləğində zərərə uğrayıb.

Dünya birjalarında dünənki kəskin çöküşdən sonra 20 ən zəngin sahibkar 68 milyard ABŞ dolları məbləğində zərərə uğrayıb.

“Report” “Forbes”ə istinadən xəbər verir ki, bazar ertəsi günü S&P indeksi 12 faiz, Dow Jones indeksi isə ta 1987-ci ildən sonrakı dövrə ən kəskin eniş yaşayaraq 13 faiz azalıb. Nəticədə ən zəngin şəxslərdən “Facebook”un təsisçisi Mark Zukerberq 8,8 milyard ABŞdolları, “Microsoft”un keçmiş rəhbəri Stiv Balmer 6,9 milyard ABŞ dolları, “Oracle”ın təsisçisi Larri Ellison da 6 milyard ABŞ dolları məbləğində ziyan çəkiblər.

Bütövlükdə, son bir ayda yeni koronavirusun bazarlardakı fəsadları üzündən 20 zənginin varidatı 300 milyard ABŞ dollarına yaxın azalıb. Bunlardan “Louis Vuitton Moet Hennessy” (LVMH) şirkətlər qrupunun prezidenti Bernar Arno fevralın 13-dən etibarən 29,6 milyard ABŞ dolları azalaraq 79,9 milyarda geriləyib.

Ötən cümə axşamı da ABŞ və Avropa birjalrındakı kəskin ucuzlaşma nəticəsində zənginlərin 78 milyard ABŞ dollarından çox ziyan çəkdikləri bildirilir.