Azərbaycanda koronavirusla bağlı ən çox səslənən suallara


Digərləri 17 Mar 2020 13:36:46 128 0

Azərbaycanda koronavirusla bağlı ən çox səslənən suallara

COVİD-19 koronavirusu dünya ölkələrinə sürətlə yayılmaqdadır. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da məhdudlaşdırıcı və önləyici tədbirlər görülür.

İtaliya, Fransa, Almaniya, Çexiya, Britaniya, Rusiya və s. ölkələrlə müqayisədə Azərbaycanda koronavirusla bağlı situasiya qat-qat normaldır. Lakin vətəndaşlarımızı maraqlandıran suallar çoxdur, onlar narahatdır və təbii ki, suallarına cavablar istəyirlər.

Bunu nəzərə alaraq əsas sualları cavablamağa çalışdıq.

1. Aviareyslərin ləğvi, sərt məhdudlaşdırıcı tədbirlər, sərhədlərin qapanması nəyə gərəkdir? Bu, panikadırmı?

Yox. Bütün bunlar ölkələrin səhiyyə sistemlərinə koronavirusla bağlı düşən ağır yükü azaltmaq üçündür. Karantin, məhdudiyyətlər və s. yeni yoluxma faktlarının sayını azaldır, virusun yayılmasını ləngidir və pasiyentləri sağaltmaq üçün həkimlərə vaxt verir.

Epidemiologiyada səhiyyə və tibbi yardım sistemlərinə dəyən zərbənin yumşaldılması dəfələrlə sınanmış effektiv praktikadır. Aktiv məhdudlaşdırıcı tədbirlər olmadan virusla mübarizə çox çətindir.

Məhdudlaşdırıcı tədbirlər olmasa infeksiyanın yayılma sürəti o qədər çox ola bilər ki, virusa yoluxan və tibbi yardıma ehtiyacı olanların sayı səhiyyə müəssisələrinin resurslarını keçə bilər. Həmin resursları sürətlə artırmaq mümkün deyil. Belədə intensiv terapiya bölmələrindəki palatalarda çarpayılar, ağciyərlərin süni ventilyasiya aparatları və sadəcə, həkimlər çatışmayacaq. Sonucda virusdan ölüm halları artacaq.

Aktiv məhdudlaşdırıcı tədbirlər sayəsində virusun yayılmasının sürəti aşağı salınırsa, həkimlər müvafiq yardımlara və müalicəyə vaxt əldə edirlər. Bununla yanaşı, əsas zərbəni öz üzərinə qəbul edən həkimlər hər an yoluxma riskinə rəğmən nisbətən sakit rejimdə çalışa bilirlər.

2. Məhdudlaşdırıcı tədbirlər kömək edir?

Bəli. Bir şərtlə ki, vaxtında qəbul edilərək yetərincə sərt olurlar. Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, habelə doğma Azərbaycandakı sərt tədbirlər buna misaldır.

Bəşəriyyət tarixində respirator xəstəliklərinin genişmiqyaslı pandemiyaları az olduğundan müxtəlif məhdudlaşdırıcı tədbirlərin effektivliyi ilə bağlı empirik məlumatlar azdır.

Lakin koronavirusun yarandığı Çindəki Uhan və Heynan vilayətlərində 500 milyon (!) insanı əhatə edən məhdudlaşdırıcı tədbirlər habelə karantin çox ciddi effekt verib.

3. Koronavirusun yayılma sürətini necə azaltmaq olar?

Çox asan - hər şey öz əlimizdədir. İnsanlar arasındakı təmasları kəskin və radikal şəkildə azaltmaqla virusa qalib gəlmək olar.

İstənilən yeni epidemiyanın proqnozlaşqdırılması zamanı adətən naməlum olan məsələ R₀ baza reproduksiya əmsalıdır. Bu əmsal virusa yoluxmuş bir adamın yoluxdura biləcəyi insanların orta sayıdır. Təbii ki, əmsal həm də virusun özündən asılıdır. Məsələn, ətraf mühitə nə qədər dayanıqlıdır, hüceyrələrə necə sirayət edir, sürəyi nə qədərdir və s.

Yoluxmuş insanların orta sayı, yəni R₀ həm də sosial təmasların orta sayından asılıdır. Hətta virusun bir təmasla ötürülmə ehtimalı yüksək olsa da, populyasiyada təmasların sayını kəskin azaltmaqla R₀ əmsalını əhəmiyyətli dərəcədə azaltmaq olar.

Məşhur britaniyalı epidemioloq Adam Kuçarskinin hesablamalarına görə, koronavirusa yoluxma statistikasını 2 dəfə azaltmaq üçün R₀ əmsalını, sadəcə, 10 faiz aşağı salmaq kifayətdir.

İtaliya, İran, İspaniya, Ermənistan kimi ölkələrdə koronavirusa yoluxanların həndəsi silsilə ilə artması bir daha sübut edir ki, yoluxma hallarının azaldılması üçün ən kiçik məhdudlaşdırıcı tədbirlər belə, vaxtında və effektiv tətbiq olunsaydı, indiki vəziyyət yaşanmazdı.

Əgər R₀ kritik səviyyəyə qədər endirilərsə, koronavirus epidemiyası tezliklə başa çatacaq. Bu, yoluxmuş insanların sayından və ya yeni vaksinin yaradılmasından asılı deyil.

2003-cü ildə tüğyan edən SARS epidemiyası zamanı məhz belə vəziyyət yaranmışdı: sərt karantin tədbirləri gerçəkləşdiriləndən sonra virus təbii şəkildə öldü.

COVİD-19 koronavirusu yayılmağa başlayanda çox ekspertlər düşünürdülər ki, SARS-CoV-2 virusu ilə bağlı situasiya təkrarlana bilər. Fəqət, koronavirus SARS-la müqayisədə daha sürətlə yayıldı, Çində karantin gec tətbiq olundu: Uhanda koronavirusun insandan insana keçməsi təsbitlənəndən düz 6 həftə sonra...

4. Koronavirus geniş miqyasda yayılacaq?

Yox. Epidemiya yalnız o zaman səngiyəcək ki, yoluxanlar arasında sağalanların və peyvənd olunanların sayı çoxalsın.

İstənilən epidemiyanın, yoluxucu xəstəliyin dinamikası o qədər də mürəkkəb olmayan riyazi qanunlara tabedir. Məsələn, koronavirusa yoluxmuş bir adam orta hesabla hansısa populyasiyada bir adamdan çox şəxsi yoluxdurursa, yoluxanların sayı eksponenta ilə artacaq. Əgər dövlət qurumları astagəllik edirlərsə, eksponenta çox "dik" olacaq.

Azərbaycandakı situasiya varsa, yəni karantin tətbiq olunubsa, məktəblər bağlanıbsa və s., eksponenta o qədər də böyük olmayacaq. Virusun sonu isə yoluxan adamlar arasında infeksiyaya dayanıqlı adamlar düşəndə çatacaq: belədə yoluxma zənciri qırılır.

5. Çində koronavirusa yeni yoluxanların sayı azalır. Səbəb nədir?