Çində son bir gündə koronavirusdan 1000ə yaxın insan sağalıb


Dünya 17 Mar 2020 13:28:00 121 0

Çində son bir gündə koronavirusdan 1000ə yaxın insan sağalıb

Son bir gündə Çində koronavirusa yoluxmuş 930 nəfər sağalıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsindən bildirilib.

Bununla yanaşı, ölkədə 21 yeni yoluxma halı müəyyən edilib.

Son məlumatlara görə, Çində koronavirusa yoluxanların sayı 80 min 881 nəfərə çatıb. Epidemiya başlayandan bəri 68 min 869 nəfər xəstəlikdən sağalıb.