Rusiyada 6 uşaq koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi


Dünya 17 Mar 2020 12:17:00 127 0

Rusiyada 6 uşaq koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

Rusiyanın Başqırdıstan Respublikasında altı uşaq koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, "RİA Novosti" bu barədə respublikanın Səhiyyə naziri Maksim Zabelinin xəbərinə istinadən məlumat yayıb.

"Səhər saat 08:00-a olan məlumata görə, koronavirus infeksiyası şübhəsi ilə stasionar nəzarətdə 41 nəfər var, onlardan altısı uşaqdır. Həmin şəxslərin vəziyyəti stabildir, Rusiya və başqa ölkələrdən olan aparıcı mütəxəssislərin tövsiyələrinə uyğun müalicə aparılır.

Lazımi müayinələr tətbiq olunur. Respublika Gigiyena və Epidemiologiya mərkəzinin işçiləri tərəfindən götürülən analizlər laboratoriyaya göndərilib. Müşahidə və müalicə boks bölməsində aparılır", - Zabelin brifinqdə açıqlayıb.