Bu gun Romadan Bakıya çarter reysi olacaq


İqtisadiyyat 17 Mar 2020 10:40:45 129 0

Bu gun Romadan Bakıya çarter reysi olacaq

Bu gun Romadan Bakıya çarter reysi olacaq

© istock

İtaliyadakı koronavirusla bağlıepidemioloji vəziyyət ilə əlaqədar olaraq İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə Azərbaycanın İtaliyadakı səfirliyinə müraciət etmiş Azərbaycan vətəndaşları üçün bu günaxşam saatlarında Romadan Bakıya birbaşa çarter reysi həyata keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki,səfirlik əməkdaşları aidiyyəti məsələ ilə bağlı müraciət etmiş vətəndaşlarımızın əksəriyyəti ilə fərdi qaydada əlaqə saxlayaraq, onların vətənə qaytarılması ilə əlaqədar müvafiq təşkilati məsələlər haqqında onları məlumatlandırıb: “Səfirliyə müraciət etmiş bəzi vətəndaşlarımızla telefon rabitəsinin qurulmasında çətinliklərin olduğunu nəzərə alaraq, aidiyyəti məsələ ilə bağlı səfirlikdən zəng qəbul etməmiş vətəndaşlarımızdan təcili olaraq səfirliklə əlaqə saxlamaqları xahiş olunur”.

Həmin nömrələr bunlardır; 06 85305557 Qaynar xətt: 349 8155582