DSXnın Sərhəd Nəzarətində "qaynar xətt" yaradılıb


Digərləri 17 Mar 2020 10:02:00 145 0

DSXnın Sərhəd Nəzarətində "qaynar xətt" yaradılıb

Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti ilə bağlı vətəndaşların müraciət və sorğularının operativ şəkildə cavablandırılması üçün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətində 16-58 qısa nömrəli "qaynar xətt" xidməti fəaliyyətə başlayıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Son.az-a bildirilib ki, sabit telefon şəbəkəsinin abunəçiləri üçün yığım qaydası, Bakı şəhəri üzrə - 16-58, bölgələr üzrə - 012-16-58, mobil telefon şəbəkələrinin abunəçiləri üçün - 16-58 təyin edilib.