Karantində olan məşhur cütlük evə buraxıldı


Digərləri 17 Mar 2020 09:48:00 128 0

Karantində olan məşhur cütlük evə buraxıldı

Dünyaca məşhur amerikalı aktyor Tom Henks və həyat yoldaşı Rita Uilson karantində saxlanıldıqları Kvinslənd xəstəxanasından evə buraxılıblar.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "People" nəşri yazıb.

Qeyd olunub ki, cütlük Avstraliyada kirayə götürdükləri evə köçüblər. Onlar bir müddət ev şəraitində karantində olacaqlar.

Xatırladaq ki, 5 gün əvvəl Avstraliyaya gedən cütlükdən koronavirus analizləri götürülmüş və nəticələr pozitiv çıxmışdı.