TƏBİB sədri: “3 mindən çox tibb müəssisəsi tam səfərbər olmuş vəziyyətdədir”


Sosial 16 Mar 2020 21:06:46 161 0

TƏBİB sədri: “3 mindən çox tibb müəssisəsi tam səfərbər olmuş vəziyyətdədir”

“Sahə həkimlərinə və pediatrlara onlayn təlimlər keçirilir, alqoritm verilib. Biz iki istiqamətdə iş görürük”.

“Sahə həkimlərinə və pediatrlara onlayn təlimlər keçirilir, alqoritm verilib. Biz iki istiqamətdə iş görürük”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, TƏBİB-in tabeliyində olan 3 mindən çox tibb müəssisəsi tam səfərbər olmuş vəziyyətdədir.

O bildirib ki, bütün poliklinikalarda qaynar xətlər ayrılıb:

“Dövlət Sərhəd Xidməti sərhədi keçmiş şəxslərin siyahısını elektron formada bizə göndərir. Lazımi tədbirlər görülür. Biz bu insanların vəziyyəti barədə daim məlumat alırıq. Bütün bu tədbirlər xəstəliyin yayılmasının qarşısını almağa yönəlib. Statistik göstəricilərdə artım yoxdur. Bu onu göstərir ki, bu gün vəziyyət tam nəzarət altındadır”.