Geologiya və Geofizika İnstitutu: Palçıq vulkanları Azərbaycana əlavə valyuta gətirə bilər


Digərləri 16 Mar 2020 21:07:00 93 0

Geologiya və Geofizika İnstitutu: Palçıq vulkanları Azərbaycana əlavə valyuta gətirə bilər

Azərbaycanda palçıq vulkanları ilə müalicələrin təşkili, ekoturizmin bu istiqamət üzrə də inkişaf etdirilməsi ölkəmizə əlavə valyuta gətirə bilər.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun professoru, elmlər doktoru Adil Əliyev deyib.

Onun sözlərinə görə, ölkə ərazisində bütün növlər üzrə 350-dən artıq palçıq vulkanı var.

Sayına, tərkibinə, aktiv fəaliyyətinə görə Azərbaycandakı palçıq vulkanlarının dünyada analoqunun olmadığını deyən A.Əliyev bildirib ki, palçıq vulkanları ekoturizmin inkişafı üçün olduqca maraqlı obyektlər hesab edilir:

"Bəzi turistlər müalicə olunmaq məqsədilə palçıq vulkanları ilə müalicə işinin təşkil edildiyi ölkələrə səfər edirlər. Ölkəmizdəki vulkanların sayı, tərkibi nəzərə alınarsa, ölkəmizdə palçıq vulkanları ilə müalicəni təşkil edə bilərik. Nəzərə alaq ki, Qobustandakı "Qoturdağ" və "Çeyildağ" vulkanları dünyada çox nadir hallarda rast gəlinən vulkanlardandır. Bakıdan 50 km qərbdə yerləşən "Çeyildağ" vulkanı uzun müddət ərzində tədricən püskürərək günbəzşəkilli brekçiya qatı əmələ gətirir.