Gürcüstandan gələn avtomobillərdə tütün məmulatları aşkarlandı


Digərləri 16 Mar 2020 20:14:00 150 0

Gürcüstandan gələn avtomobillərdə tütün məmulatları aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda martın 12-də idarə etdikləri "VAZ-21060", "Opel Vectra" və "Vaz-2101"markalı avtomobillər ilə Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşları Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunublar.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaşlar idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetlərin olmadığını bildiriblər. Lakin kinoloji xidmət itinin reaksiyası nəticəsində avtomobillərin gizli saxlanc yerlərindən 8000 ədəd "King", 2000 ədəd "Marlboro" və 10 min ədəd "De Santis" markalı siqaretlər aşkar edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.