“Günayı ət maşını ilə döyüb öldürüb, sonra asıblar”


Kriminal 16 Mar 2020 20:19:00 62 0

“Günayı ət maşını ilə döyüb öldürüb, sonra asıblar”

Bir neçə gün əvvəl intihar etdiyi bildirilən 4 uşaq anası, 29 yaşlı Günay Şəmilovanın ailəsi hüquq-mühafizə orqanlarının bu işlə bağlı fəaliyyətindən narazıdır.

Son.az bildirir ki, "Qafqazinfo"ya müraciət edən G.Şəmilovanın atası Sahib Quliyev bildirib ki, qızına əri Etibar Şəmilov, qayınatası Mətləb Şəmilov və qayınanası Sədaqət Şəmilova dəfələrlə işgəncə verərək döyüblər: "Bu barədə bir neçə dəfə yerli polis şöbəsinə ərizə yazmışam, nazirliyin 102 xidmətinə zəng etmişəm. Amma qızım ölmədən əvvəl polis bu şikayətlərlə bağlı heç bir addım atmadı, bizimlə maraqlanmadı". 

S.Quliyev iddia edib ki, istintaq da düzgün aparılmır: "Mənim qızım intihar etməyib. Onu səhər tezdən əri, qayınatası və qayınanası dəmir turba və ət maşını ilə döyüblər, saçından tutub yerdə sürüyüblər. Bədənindəki izlər də sürüyəndə yaranıb. Günayı səhər saatlarında döyə-döyə öldürüblər, axşamüstü isə özləri asıb sonra bizə deyiblər. Mənə zəng edən kimi onlara getdim, amma qızımın bədəni buz kimi idi, çox soyuq idi. Təzəlikcə ölən adamın bədəni elə soyuq olmur, onu çoxdan öldürmüşdülər. Heç bir ana 7 aylıq uşağını yerə qoyub özünü asmaz. Mən onu ermənilərin içindən xilas edib qucağımda gətirdim, amma burada onu ermənilərin edə biləcəyindən də pis vəziyyətə saldılar. Ekspertizada gördüm ki, qızımın bədəninin hər yeri xəsarət idi. Səhəri gün rayon prokurorunun qəbuluna getdim, o məni təhqir edib dedi ki, "qızını sən özün bu vəziyyətə qoymusan". Xahiş edirəm bu məsələ hüquq-mühafizə orqanları rəhbərliyinin nəzarətinə götürülsün, ciddi araşdırılsın və ədalətli qərar verilsin".

Hadisə ilə bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb, G.Şəmilovanın əri Etibar Şəmilov bu maddə ilə ittiham edilərək məhkəmənin qərarı ilə həbs edilib. Lakin qızın ailəsi onun qəsdən adam öldürmə maddəsi ilə ittiham edilməsini tələb edir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, G. Şəmilovanın ailəsi onun döyülməsi ilə bağlı hələ 2019-cu il dekabrın 20-də Ağcabədi rayon polis şöbəsinə müraciət edib: "Təhqiqat bölməsində araşdırma aparılıb. Dekabrın 27-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq tərəflər arasında barışıq əldə olunub".

Sahib Quliyev iddialarını əsaslandırmaq üçün redaksiyamıza qızının işgəncəyə məruz qaldığının sübutu kimi fotolar da göndərib:

Son.az 

Gürcüstandan gələn avtomobillərdə tütün məmulatları aşkarlandı like
  • 16 Mar 20:14  
Digərləri Gürcüstandan gələn avtomobillərdə tütün məmulatları aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük

arrow Ətraflı
Rusiya Azərbaycanla dəmir yolu əlaqələrini dayandırdı like
  • 16 Mar 20:08  
İqtisadiyyat Rusiya Azərbaycanla dəmir yolu əlaqələrini dayandırdı

Rusiya hökuməti bu gündən Azərbaycan və Özbəkistanla dəmir yolu əlaqə

arrow Ətraflı
İstanbulda karantin zonalarının yerləri açıqlanıb like
  • 16 Mar 20:04  
Dünya İstanbulda karantin zonalarının yerləri açıqlanıb

İstanbulda koronavirusla əlaqədar karantin zonalarının yerləri açıqlanı

arrow Ətraflı
Azərbaycanda BU MƏHSUL VƏ XİDMƏTLƏRİN qiymətləri bahalaşıb like
  • 16 Mar 20:00  
Digərləri Azərbaycanda BU MƏHSUL VƏ XİDMƏTLƏRİN qiymətləri bahalaşıb

2020-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin

arrow Ətraflı
Koronavirisa görə Hollivud ÇÖKDÜ like
  • 16 Mar 19:59  
Digərləri Koronavirisa görə Hollivud ÇÖKDÜ

Koronavirus səbəbi ilə Hollivud filmlərinin zərərinin miqdarı açıqlanı

arrow Ətraflı
Putin və Trampın imzaladığı topun qiyməti açıqlandı like
  • 16 Mar 19:54  
Dünya Putin və Trampın imzaladığı topun qiyməti açıqlandı

ABŞ-da üzərində Vladimir Putin və Donald Trampın imzaları olan beysbol to

arrow Ətraflı
Rusiya və Ermənistan arasında like
  • 16 Mar 19:44  
Dünya Rusiya və Ermənistan arasında

Rusiya və Ermənistan arasında sərnişin daşımaları iki həftə müddətin

arrow Ətraflı
Gürcüstanda koronavirusdan sağalan azərbaycanlı evə buraxıldı like
  • 16 Mar 19:42  
Sosial Gürcüstanda koronavirusdan sağalan azərbaycanlı evə buraxıldı

Pasiyent son günlər bir neçə dəfə koronavirus testindən keçib və nətic

arrow Ətraflı
“20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”də dəyişiklik edildi like
  • 16 Mar 19:42  
Sosial “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”də dəyişiklik edildi

Prezident İlham Əliyev&Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 d

arrow Ətraflı
Yerin təkinin öyrənilməsinə dair Dövlət Proqramı təsdiqlənib  SƏRƏNCAM like
  • 16 Mar 19:40  
Siyasət Yerin təkinin öyrənilməsinə dair Dövlət Proqramı təsdiqlənib SƏRƏNCAM

Prezident İlham Əliyev "Yerin təkinin geoloji öyrənilməsinə və mine

arrow Ətraflı
Gürcüstanda koronavirusdan sağalan azərbaycanlı xəstəxanadan buraxılıb like
  • 16 Mar 19:39  
Digərləri Gürcüstanda koronavirusdan sağalan azərbaycanlı xəstəxanadan buraxılıb

Gürcüstanda ilk koronavirusa yoluxma qeydə alındığı etnik azərbaycanlı

arrow Ətraflı
Prezident daha bir Dövlət Proqramını təsdiqlədi like
  • 16 Mar 19:36  
Sosial Prezident daha bir Dövlət Proqramını təsdiqlədi

Prezident İlham Əliyev&“Yerin təkinin geoloji öyrənilməsinə və mineral

arrow Ətraflı
Ötən gün 34 cinayətin üstü “isti izlər”lə açılıb like
  • 16 Mar 19:34  
Digərləri Ötən gün 34 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və h

arrow Ətraflı
Şirvanda avtomobil piyadanı vuraraq öldürdü like
  • 16 Mar 19:33  
Sosial Şirvanda avtomobil piyadanı vuraraq öldürdü

Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat ha

arrow Ətraflı
“20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”yə dəyişiklik edilib  FƏRMAN like
  • 16 Mar 19:30  
Siyasət “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”yə dəyişiklik edilib FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 d

arrow Ətraflı