Rusiya Azərbaycanla dəmir yolu əlaqələrini dayandırdı


İqtisadiyyat 16 Mar 2020 20:08:36 134 0

Rusiya Azərbaycanla dəmir yolu əlaqələrini dayandırdı

Rusiya hökuməti bu gündən Azərbaycan və Özbəkistanla dəmir yolu əlaqəsini müvəqqəti dayandırdı.

Rusiya hökuməti bu gündən Azərbaycan və Özbəkistanla dəmiryolu əlaqələrini müvəqqəti dayandırdı.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Rusiya dəmir yolları” SC-nin açıqlamasında bildirilir.

Açıqlamaya görə, bu addım COVİD-19 virusunun yayılmasına qarşı görülən tədbirlər çərçivəsində atılıb və əlavə göstəriş verilənədək davam edəcək. Ləğv edilmiş qatarlara biletlər əlavə haqq ödəmədən qaytarıla bilər.