Rusiya və Ermənistan arasında


Dünya 16 Mar 2020 19:44:00 126 0

Rusiya və Ermənistan arasında

Rusiya və Ermənistan arasında sərnişin daşımaları iki həftə müddətinə məhdudlaşdırılacaq.

Son.az Trend-ə istindən xəbər verir ki, bu barədə qərar hər iki ölkənin baş nazirləri Mixail Mişustin və Nikol Paşinyan arasında telefon danışığı zamanı qəbul edilib.

Qeyd olunur ki, qərar koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Bu qərar yük daşımalarına şamil olunmayacaq.

Qeyd edək ki, Rusiyada koronavirusa 63 nəfər, Ermənistanda isə 30 nəfər yoluxub.