Manaf Ağayev, Şəbnəm, Damlaya QADAĞA QOYULUB?


Şou-biznes 16 Mar 2020 17:51:00 154 0

Manaf Ağayev, Şəbnəm, Damlaya QADAĞA QOYULUB?

Xəzər TV-nin efirinin daim qonaqları olan Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Damla, Pərviz Bülbülə, Türkan, Vasif Əzimov kimi tanınmışların ekrana çıxmasına qadağa qoyulduğu ilə bağlı söz-söhbətə nöqtə qoyulub.

Son.az xəbər verir ki, Zaur Kamal aparıcısı olduğu "5/5"də proqramında sözügedən iddiaya aydınlıq gətirib:

"Jurnalistlər zəng edirlər, votsapıma yazırlar cavab vermirəm. Çünki Xəzər Televiziyasının rəhbərliyi buna açıqlama verməlidir, mənim işim aparıcılıqdır. Amma bir şeyi deyim ki, artıq rəhbərlik tərəfindən bu məsələyə aydınlıq gətirildi ki, biz kanal olaraq heç bir müğənniyə qadağa qoymamışıq. Saytlar özlərindən nəsə uydurmasınlar. Dedilər Şəbnəm Tovuzlu, Damla, Manaf Ağayev, Mətanət Əsədova, Pərviz Bülbülə, Türkana qadağa yoxdur. Xahiş edirəm, bunu bu cür də biləsiniz".