TƏBİB sədri: "Koronavirusa görə bu günə qədər 4 200-ə qədər müayinə aparılıb"


Sosial 16 Mar 2020 17:37:11 137 0

TƏBİB sədri: "Koronavirusa görə bu günə qədər 4 200-ə qədər müayinə aparılıb"

“Biz gün ərzində 5 mindən çox insanı sürətlə və yüksək dəqiqliklə test etmək imkanına malikik”.&

“Biz gün ərzində 5 mindən çox insanı sürətlə və yüksək dəqiqliklə test etmək imkanına malikik”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında koronavirusla bağlı mübarizə sahəsində görülən işlər, mövcud vəziyyət barədə məlumat verərkən bildirib.

Onun sözlərinə görə, bu günə qədər 4 200-ə qədər müayinə aparılıb. TƏBİB-in İdarə Heyətinin sədri həmçinin bildirib ki, Azərbaycan koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına malikdir.