Ələt Limanında Taxıl terminalı tikiləcək


İqtisadiyyat 16 Mar 2020 17:47:03 127 0

Ələt Limanında Taxıl terminalı tikiləcək

Taxıl terminalının tikintisinə yatırılacaq investisiya ilə bağlı hələ qərar qəbul edilməyib

ƏlətqəsəbəsindəyerləşənBakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisindəTaxıl terminalının tikintisi nəzərdə tutulur.

Bu barədə “Report”a "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nindepartament rəisi Xudayar Həsənli deyib.

X.Həsənli vurğulayıb ki, terminalın tikintisinə yatırılacaqinvestisiya məsələsinin hansı formada olması ilə bağlı hələ qərar qəbul edilməyib.

Xatırladaq ki, 2018-ci il mayın 14-dəAzərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilmiş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən və 12 körpüdən ibarət limanın 7 körpüsü ümumi quru yük gəmilərinə, 2 körpü bərələrə, 2 körpü isə "Ro-Ro" və "Ro-Pax" tipli gəmilərə xidmət göstərir. Daha bir körpü isə Liman donanmasına xidmət edən körpü kimi istifadə olunur.