Xalq artisti II Fəxri Xiyabanda dəfn olunacaq


Kriminal 16 Mar 2020 17:22:00 144 0

Xalq artisti II Fəxri Xiyabanda dəfn olunacaq

Bu gün 74 yaşında dünyasını dəyişən Xalq artisti Rafael Dadaşov sabah torpağa tapşırılacaq.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktyor II Fəxri Xiyabanda dəfn ediləcək. Onun cənazəsi saat 14:00-da evindən götürüləcək.

Qeyd edək ki, R.Dadaşov uzun sürən xəstəlikdən sonra bu gün günorta saatlarında dünyasını dəyişib. Aktyor dekabrın 2-də ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi.