IMF koronavirusla mübarizəyə 1 trilyon ABŞ dolları ayırmaq istəyir


İqtisadiyyat 16 Mar 2020 17:21:33 148 0

IMF koronavirusla mübarizəyə 1 trilyon ABŞ dolları ayırmaq istəyir

IMF koronavirusla mübarizəyə 1 trilyon dollar ayırmaq istəyir

© pexels.com

Beynəlxalq Valyuta Fondu (IMF) koronavirusun (Covid 19) humanitar və iqtisadi təsiri ilə mübarizə aparan dünya ölkələrinə yardım məqsədilə 1 trilyon ABŞdolları məbləğindəkredit paketini aktivləşdirə bilər.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

“İlk addım olaraq IMF təcili ödəmələrə ehtiyacı olan ölkələrə yardım edə bilər. Hazırda IMF-in 40 layihə çərçivəsində təxminən 200 milyard ABŞ dolları məbləğindəbirləşdirilmiş öhdəlikləri var”, -IMF-in direktoru Kristalina Georgiyeva bildirib.

O qeyd edib ki, kreditləşmə, ilk növbədə, qurumun üzvlərinə və xüsusən inkişaf etməkdə olan dövlətlərə yardım etmək üçün istifadə edilə bilər.

“Kredit paketi ən kasıb ölkələrin səhiyyə xərclərinə, onların borc yükünü məhdudlaşdırma və yüngülləşdirməklə həyati qaynaqlara çatmasını asanlaşdıra bilər”, - K.Georgiyeva əlavə edib.