Türkiyədə məscidlərdə namaz qılınması qadağan olundu


Dünya 16 Mar 2020 17:03:41 139 0

Türkiyədə məscidlərdə namaz qılınması qadağan olundu

Əli Erbaş: "Cümə namazı yerinə günorta namazının qılınması yetərlidir”

© haberturk

Türkiyədə məscidlərdə camaat namazına müvəqqəti olaraq fasilə verilib.

“Report” “Haber7”yə istinadən bildirir ki,bunu Türkiyə Dəyanət İşləri İdarəsininsədri Əli Erbaş bildirib.

O deyib ki, ölkədə koronavirusa yoluxanların sayının artmasına görə insanların məscidlərdə bir araya gəlməsi infeksiyanın yayılması riskini artıra bilər: “Bu səbəbdən namazın evdə qılınması məsləhət görülür. Cümə namazı başda olmaqla məscidlərdə namaz qılınmasına ara verilir. Cümə namazı yerinə günorta namazının qılınması yetərlidir”.