“Azərpoçt” beynəlxalq poçt göndərişlərinin qəbulunu dayandırdı


Digərləri 16 Mar 2020 17:11:00 225 0

“Azərpoçt” beynəlxalq poçt göndərişlərinin qəbulunu dayandırdı

"Azərpoçt" MMC beynəlxalq poçt göndərişlərinin qəbulunu müvəqqəti olaraq dayandırır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb və mövcud reyslər təxirə salınıb:

"Bununla bağlı beynəlxalq poçt göndərişlərinin ünvanı üzrə çatdırılması mümkün deyil. Bunlar nəzərə alınaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-nin tabeliyində olan poçt şöbələrində və "Şəbəkə" xidmət mərkəzlərində beynəlxalq poçt göndərişlərinin qəbulu 16 mart tarixindən müvəqqəti olaraq dayandırılır".