Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik edib


Siyasət 16 Mar 2020 17:05:00 134 0

Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev İrlandiyanın Prezidenti Zati-aliləri cənab Maykl Higginsə təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Ölkənizin milli bayramı - Müqəddəs Patrik Günü münasibətilə Sizi və İrlandiya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, uğurlar, xalqınıza rifah arzulayıram".