Bu informasiyaların yayılması qadağan edilir


Digərləri 16 Mar 2020 15:30:00 113 0

Bu informasiyaların yayılması qadağan edilir

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik ediləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, dəyişiklikdə nəzərdə tutulan hallar bunlardır:

- internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir,

- insanların həyat və sağlamlığına ziyan vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi surətdə pozulmasına, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdtd yaradan yalan məlumatlar yerləşdirilməməlidir.