“Azəriqaz” xüsusi rejimdə bu xidmətləri göstərəcək - SİYAHI


İqtisadiyyat 16 Mar 2020 15:22:32 124 0

“Azəriqaz” xüsusi rejimdə bu xidmətləri göstərəcək - SİYAHI

​“Azəriqaz” xüsusi rejimdə ancaq bu xidmətləri göstərəcək - SİYAHI

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması tədbirləri, eləcə də insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyələr nəzərə alınmaqla “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin fəaliyyətində martın 15-dən 20-dək məhdudlaşma aparılıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən “Report"a verilən məlumata görə, müştəri xidmətlərinin göstərilməsi baxımından bu mərkəzlərlə sıx bağlılığı olan "Azəriqaz" İstehsalat Birliyi də bu gündən etibarən yalnız Heydər Əliyev prospektində yerləşən 5 saylı "ASAN xidmət" mərkəzində bir pəncərədə ən zəruri xidmətləri icra edir. Həmin xidmətlər aşağıdakılardır:

1. İtirilmiş və ya zədələnmiş smart kartların bərpası;

2. Yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi;

3. Qüsurlu ödənişlərin bərpası;

4. Smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi;

5. Koda düşmüş kartların bərpası;

6. Qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi.

Qeyd edək ki, sadalanan xidmətlərlə bağlı vətəndaşlar martın 20-dək Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrinə də müraciət edə bilərlər.