"Brent" nefti 30 dollara düşüb


İqtisadiyyat 16 Mar 2020 15:26:50 157 0

"Brent" nefti 30 dollara düşüb

"Brent" nefti 30 dollara düşüb

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 15:25-ə olan məlumata görə, Londonun ICE birjasında “Brent” markalı neftin may fyuçerslərinin bir barel üçün qiyməti 30,78 ABŞ dollarına qədər azalıb.Belə ki, bu markalı neft 9%-dən çox ucuzlaşıb.

Nyu-York birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 6,56% azalaraq 29,65 ABŞ dolları təşkil edib.