"Adam istəyir ki, yaşadığı eşqi hamı bilsin"


Şou-biznes 16 Mar 2020 15:24:00 135 0

"Adam istəyir ki, yaşadığı eşqi hamı bilsin"

"Çox vaxt adam istəyir ki, yaşadığı eşqi hamı bilsin, bütün ətrafı bilsin. Az da olsa qürürlanım bununla". 

Son.az xəbər verir ki, bu sözləri "Şən bazar"da verilişin aparıcısı Zümrüd Bədəlova deyib.

Verilişin qonağı Oksana Rəsulova Zümrüdün fikri ilə razılaşmadığını bildirib:

"O yaşdan asılıdır e. Müəyyən yaşda... Məsələn, mən artıq istəmirəm. Çünki şəxsi həyatın gündəmi insana problemlərdən, nəzərdən, nəfsdən, xoşbəxt olmayan anlardan başqa heç bir şey gətirmir. Mənə elə gəlir ki, şəxsi həyat gizli qalmalıdır. Lazım deyil onu aşkar eləmək".