Cinayət Məcəlləsinə karantin rejimlərini pozanlarla bağlı yeni maddə əlavə edilir


Digərləri 16 Mar 2020 15:14:00 145 0

Cinayət Məcəlləsinə karantin rejimlərini pozanlarla bağlı yeni maddə əlavə edilir

Cinayət Məcəlləsinə yeni maddə əlavə edilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinə məcəllələrə dəyişiklik məsələsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında təklif olunub.

Yeni maddəyə əsasən, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunacaq.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Layihə Milli Məclisin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.