Gürcüstan və Rusiya arasında gediş-gəliş məhdudlaşdırıldı


Dünya 15 Mar 2020 17:51:54 132 0

Gürcüstan və Rusiya arasında gediş-gəliş məhdudlaşdırıldı

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 16-dan etibarən Gürcüstan və Rusiya arasında vətəndaşların gediş-gəlişi müvəqqəti məhdudlaşdırılıb.

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 16-dan etibarən Gürcüstan və Rusiya arasında vətəndaşların gediş-gəlişi müvəqqəti məhdudlaşdırılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə razılıq Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, senator Qriqori Karasin arasında aparılan telefon danışığı zamanı əldə olunub.

Məhdudiyyətlər yük daşımalarına şamil olunmayacaq. Tərəflər vətənə qayıtmaq istəyən vətəndaşlara şərait yaradacaqlar.