Türkiyə Ümrədən qayıdan zəvvarları karantinə alır


Dünya 15 Mar 2020 17:39:00 173 0

Türkiyə Ümrədən qayıdan zəvvarları karantinə alır

Ümrə ziyarətindən qayıdan Türkiyə vətəndaşlarının koronavirus (COVID-19) infeksiyası riskinə görə karantinə alınmasına başlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Ankara və Konyada bəzi tələbə yataqxanaları bu məqsəd üçün hazır vəziyyətə gətirilib.

Hökumətin qərarına əsasən, zəvvarlar 14 gün karantin şəraitində saxlanılacaqlar.

Səhiyyə naziri Fahrettin Kocanın məlumatına görə, ziyarətdən dönən zəvvarların birində sözügedən infeksiya aşkarlanıb.