ABŞda yaşlı adamları aldadıb,


Dünya 15 Mar 2020 17:13:00 137 0

ABŞda yaşlı adamları aldadıb,

ABŞ-ın Florida ştatında on milyonlarla dollarlıq qiymətli kağızlarla fırıldaq işlətməkdə və çirkli pul yumaqda təqsirlərndirilən Rusiya vətəndaşı həbs olunub.

Son.az musavat.com-a istinadən bildirir ki, tutulan RF vətəndaşının adı Denis Sotnikovdur.

Hadisə ilə bağlı ABŞ-ın Qiymətli kağızlar və birja üzrə komissiyası (SEC) tərəfindən rəsmi məlumat yayılıb. 

Rusiyalı həbs olunduqdan sonra Florida ştatının Fort-Loderdeyl şəhər məhkəməsinə gətrilib. İş hazırda Nyu-Cersi ştatının dairə prokurorluğunun icraatındadır. Onu 20 il həbs və 500 min dollar cərimə cəzası gözləyir. 

ABŞ hüquq-mühafizə orqanları D. Sotnikovun qurduğu maxinasiya sistemi ilə zərərçəkənlərə 26 milyon dollar ziyan vurduğunu göstərib. SEC rus iş adamının amerikalı investorları internet reklamı vasitəsilə təbliğ olunan saxta depozit sertifikatlarını almağa inandırdığını bildirib. Onun qurbanlarının əsasən pensiya yaşına çatmış ABŞ vətəndaşları olduğu qeyd edilir.

Verilən informasiyada D.Sotnikovun bu sxemi 2014-cü ildən işə saldığı vurğulanır. Prokurorluğun əldə etdiyi məlumatlara əsasən, iş üzrə ən az 70 zərərçəkən mövcuddur.