İranda koronavirusa yoluxanların sayı artır


Dünya 15 Mar 2020 17:06:00 128 0

İranda koronavirusa yoluxanların sayı artır

İranda ötən sutka ərzində 1 209 nəfər yeni koronavirusa (COVID-19) koronavirusa yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib. Son.az bildirir ki, bu barәdә Trend nazirliyә istinadәn mәlumat verir.

K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virusa yoluxanların sayı 13 938 nəfərə yüksəlib.

Nazirlik rəsmisi ötən sutkada 113 nəfərin koronavirusdan öldüyünü deyib.

Cahanpur əlavə edib ki, ümumilikdə İranda yeni koronavirus nəticəsində 724 nəfər ölüb.