Azərbaycanda "ağ ölüm"ü yayan daha bir dəstənin sonu: "Vərəm idim, pul lazım idi"


Kriminal 15 Mar 2020 16:41:00 76 0

Azərbaycanda "ağ ölüm"ü yayan daha bir dəstənin sonu: "Vərəm idim, pul lazım idi"

İrandan Azərbaycana külli miqdarda narkotik gətirən şəxslər hakim qarşısına çıxarılıb. Onlara ağır cəza kəsilib.

Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 34 yaşlı Salyan rayon sakini Pərviz Tarverdiyev və 33 yaşlı Bakı şəhər sakini Turan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İttihama görə, Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda İrandan Azərbaycana yük daşıyan "Kamaz" markalı, 42 BD 226 dövlət nömrə nişanlı avtomobilin yarımqoşqusuna baxış keçirilib. Baxış zamanı dəri məmulatlarından birinin içərisində ayrı-ayrı yerlərdə kəsiklər olduğu müəyyən edilib. Həmin kəsiklərdə 4 ədəd bağlamada ümumi çəkisi 2 795 qram olan narkotik vasitə - heroin və 0,522 qram psixotrop maddə - metamfetamin, eləcə də 297 ədəd həb şəklində narkotik vasitə - metadon aşkar olunub.

Əməliyyat tədbirləri nəticəsində Pərviz Tarverdiyev və Turan Əliyev içərisində narkotik vasitələr və psixotrop maddə olan həmin yükü təhvil alarkən saxlanılıblar.

İstintaqla müəyyən edilib ki, Pərviz Tarverdiyev narkotik vasitələri gömrük nəzarətindən gizli keçirib realizəsini təşkil etmək barədə Turan Əliyev və şəxsiyyəti istintaqa məlum olmayan "Hüseyn" adlı şəxslə cinayət əlaqəsinə girib. Narkotik vasitələrin aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə yüklərin arasında yerləşdirib, cinayətkar qrupun digər üzvü Turan Əliyevə təhvil verilməsi üçün həmin yükü cinayətdən xəbərsiz olan Elməddin Qasımovun idarə etdiyi "Kamaz" markalı avtomobillə daşınmasına nail olub. Ötən il mayın 30-da P.Tarverdiyev və T.Əliyev "Sədərək" Ticarət Mərkəzinin 16-cı sırasında yerləşən anbardan qeyd olunan "yükü" təhvil alarkən Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Əvvəllər xuliqanlıq etdiyinə görə məhkum olunan Pərviz Tarverdiyev ifadəsində vərəm xəstəliyindən əziyyət çəkdiyini, 2009-cu ildən bəri narkotik vasitələrdən - əsasən "kakos"və "şüşə"dən istifadə etdiyini göstərib. İlk dəfə 2011-ci ildə müalicə məqsədilə İrana getdiyini, orada tanımadığı şəxslərdən heroin aldığını deyən P.Tarverdiyev növbəti səfərlərində də bunu təkrarlayıb.

İrandan aldığı heroini dost-tanışına satıb. İki-üç il öncə isə Tehranda yaşayan taksi sürücüsü "Hüseyn" adlı şəxslə tanış olub. Özünün deməsinə görə, "Hüseyn" ona heroinin 1 qramını 10 manata təşkil edəcəyinə söz verib. O vaxtdan da "Hüseyn"lə aralarında dostluq yaranıb:

"Heroin satışı ilə məşğul olurdu, yaxşı qazanc əldə edirdi. Maddi vəziyyətim ağır idi deyə İrandan heroin alıb Salyanda satmaq qərarına gəldim. Bu barədə tanışım Turan Əliyevə də dedim, narkotik vasitələri satmaqda köməklik göstərməsini, qazanc əldə etməsini təklif etdim, razılaşdı".

Aralarındakı razılaşmaya əsasən, P.Tarverdiyev ötən il aprelin 24-də İrana yola düşüb. Sərhəddin o tayında Pərvizi "Hüseyn" qarşılayıb. Onunla birgə Tehrandakı otellərdən birinə gəliblər. Söhbət əsnasında "Hüseyn"ə 3 kiloqram heroinin müqabilində 25 min manat verəcəyini, pulun 12 min manatını əvvəlcə, yerdə qalanını isə heroini satdıqdan sonra verməsi barədə razılığa gəliblər: "Heroin almağa çox pul lazım olduğundan avtomobilimi 17 min manata satmışdım ki, pulun 12 min manatını "Hüseyn"ə verim. "Hüseyn" 3 kiloqram heroinin 500 qramını birinci partiyada, qalan 2500 qramını isə növbəti partiyada göndərəcəyini dedi. Danışığa əsasən, mallar parça yükünün arasında İrandan Azərbaycana karqo vasitəsilə göndəriləcəkdi.Turana bu barədə məlumat verdim. Azərbaycana qayıdandan sonra Turana narkotik vasitəni satmaq üçün alıcı tapmasını tapşırdım".

İçərisində narkotik vasitə olan parça yükü ilk olaraq 2019-cu ilin mayında Bakı şəhərinə gəlib. "Hüseyn" karqoya P.Tarverdiyevin ad və soyadını yazıb. Parça yükü Bakıya çatanda Pərvizə zəng vurub xəbər veriblər. T.Əliyevlə birgə "Sədərək" Ticarət Mərkəzində yükü qəbul edərək Salyana aparıblar. P.Tarverdiyev evində parçanı açaraq içərisindəki 500 qram heroini çıxarıb və həyətdə basdırıb. Növbəti günlərdə özləri istifadə edəcəkləri qədər götürüblər, yerdə qalanını məhəllə uşaqlarına satıblar.

Mağazalardakı alıcı çoxluğu bayram hazırlıqları ilə bağlıdır - REPORTAJ - VİDEO like
  • 15 Mar 16:36  
İqtisadiyyat Mağazalardakı alıcı çoxluğu bayram hazırlıqları ilə bağlıdır - REPORTAJ - VİDEO

Son günlər paytaxtın bir sıra mağaza, supermarketlər şəbəkələri və d

arrow Ətraflı
Bakıda “Korona” kafesində qəlyan çəkilməsi aşkarlandı - TAM SİYAHI like
  • 15 Mar 16:30  
Sosial Bakıda “Korona” kafesində qəlyan çəkilməsi aşkarlandı - TAM SİYAHI

Bakı Şəhər Ticarət və Xidmət Departamenti ötən gün rayon polis idarəl

arrow Ətraflı
Ultravarlılar və onların avtomobilləri: “RollsRoyce” , “Lamborghini” və digərləri...  FOTO like
  • 15 Mar 16:28  
Dünya Ultravarlılar və onların avtomobilləri: “RollsRoyce” , “Lamborghini” və digərləri... FOTO

Rusiya milyarderlərin sayına görə dünya reytinqinin ilk beşliyinə daxil o

arrow Ətraflı
FHN: Azərbaycana gələn 2 183 nəfər müayinədən keçirilib like
  • 15 Mar 16:18  
Sosial FHN: Azərbaycana gələn 2 183 nəfər müayinədən keçirilib

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhl

arrow Ətraflı
Quldurluqla suçlanan dəstənin cinayət işi: like
  • 15 Mar 16:15  
Kriminal Quldurluqla suçlanan dəstənin cinayət işi:

Bakıda vətəndaşlara qarşı quldurluq etməkdə təqsirləndirilən şəxsl

arrow Ətraflı
Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlandı like
  • 15 Mar 16:14  
Sosial Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlandı

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayılmaqda davam edir. Haz

arrow Ətraflı
Azərbaycanda 4 yeni koronavirusa yoluxma qeydə alınıb like
  • 15 Mar 16:08  
Digərləri Azərbaycanda 4 yeni koronavirusa yoluxma qeydə alınıb

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayılmaqda davam edir. Haz

arrow Ətraflı
İranİraq sərhədləri bağlı qaldı like
  • 15 Mar 16:02  
Dünya İranİraq sərhədləri bağlı qaldı

Yeni koronavirusla əlaqədar İran-İraq sərhədləri naməlum müddətə bağ

arrow Ətraflı
Toyda iki nəfəri bıçaqladı like
  • 15 Mar 15:56  
Kriminal Toyda iki nəfəri bıçaqladı

Zərdab sakini həmkəndlilərini bıçaqlayıb. 

arrow Ətraflı
İtaliyadan dünyaya ibrət hekayəsi: Bizim səhvlərə yol verməyin like
  • 15 Mar 15:52  
Dünya İtaliyadan dünyaya ibrət hekayəsi: Bizim səhvlərə yol verməyin

Bir çoxumuz davranışlarımızı dəyişdirmək üçün irəli sürülən tək

arrow Ətraflı
Ermənistanın iddiaları utanmazlığın və ikiüzlülüyün yüksək həddidir  XİN like
  • 15 Mar 15:43  
Siyasət Ermənistanın iddiaları utanmazlığın və ikiüzlülüyün yüksək həddidir XİN

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti ida

arrow Ətraflı
İlon Mask 5.5 milyard dollar itirdi like
  • 15 Mar 15:23  
Dünya İlon Mask 5.5 milyard dollar itirdi

"Tesla" şirkətinin rəhbəri İlon Mask dünya bazarlarındakı qeyr

arrow Ətraflı
Mərkəzi Bankdan əmanətlərin tam sığortalanması müddətinin uzadılması ilə bağlı açıqlama like
  • 15 Mar 15:17  
Digərləri Mərkəzi Bankdan əmanətlərin tam sığortalanması müddətinin uzadılması ilə bağlı açıqlama

Azərbaycan Respublikasının Prezidenti bütün qorunan əmanətlərin məblə

arrow Ətraflı
Özbəkistanda koronavirusa ilk yoluxma aşkarlandı like
  • 15 Mar 15:10  
Dünya Özbəkistanda koronavirusa ilk yoluxma aşkarlandı

Özbəkistanda koronavirusa ilk yoluxma aşkarlanıb.

arrow Ətraflı