Həsən Ruhani koronavirusla bağlı dünyanın ölkə rəhbərlərinə məktub göndərib


Dünya 15 Mar 2020 15:04:00 142 0

Həsən Ruhani koronavirusla bağlı dünyanın ölkə rəhbərlərinə məktub göndərib

İran prezidenti Həsən Ruhani koronavirusla bağlı dünyanın ölkə rəhbərlərinə məktub ünvanlayıb. 

Son.az APA-ya istinadən bildirir ki, H.Ruhani öz məktubunda bildirib ki, bu epidemiya sərhəd tanımır, qurbanlarının da siyasi, milli, irqi və dini  fərqliliyinə görə  seçmir.

Məktubda qey olunur ki, bu virusla beynəlxalq və regional əməkdaşlıq çərçivəsində eləcə də koordinasiyalı şəkildə mübarizə aparmaq lazım, xalqın ehtiyaclarını  təmini, yoxsul və az gəlirli insanlara maliyyə yardımı göstərməli, tibbi və müalicə xərcləri və s:

"Bu kimi əlavə xərclərə ehtiyac var. Digər tərəfdən bunları icra etmək üçün güclü iqtisadi dayaq və maliyyə vəsaitinə ehtiyac var. İran İslam Respublikası  digər ölkələrdən fərqli olaraq daha çox maneə və ciddi məhdudiyyətlərlə üzləşib. Bu məhdudiyyətlər  son 2 ildə ölkəmizə qarşı tətbiq olunan qanunsuz sanksiyalardan və ABŞ-ın tək qütblü maksimum təzyiq siyasətindən irəli gəlir.  ABŞ son illər ərzində İrana qarşı 100 dən çox sanksiya tətbiq edib. 1200 dən çox İran rəsmisini öz sanksiya siyahısına salıb. Bu sanksiyalar 2 ildən az bir müddətdə İran iqtisadiyyatına birbaşa 200 milyard dollar ziyan vurub. Bütün əcnəbi şirkətlər bu sanksiyaları icra edir. ABŞ bu geniş yayılmış böhranın pik həddində belə utanmazcasına digər ölkələrdən İrana humanitar yardım göndərməməyi tələb edir".

Bundan əlavə, Prezident bildirir ki, İran koronavirusla mübarizədə atdığı addımlarla bağlı ÜST -ə məlumat verib:

"Bu böyük və təhlükəli koronavirus böhranının idarə edilməsi təklikdə heç bir ölkənin gücündə deyildir. Hələ beynəlxalq bazarlara və maliyyə sistemlərinə əli çatmayan  öz ehtiyaclarının təminində problemlərlə üzləşən bir ölkə üçün heç də asan deyil".