Türkiyə ilə Gürcüstan arasında uçuşlar dayandırılır


Dünya 15 Mar 2020 14:57:00 125 0

Türkiyə ilə Gürcüstan arasında uçuşlar dayandırılır

Türkiyə və Gürcüstan koronavirusla mübarizə tədbirləri çərçivəsində qarşılıqlı uçuşların dayandırılması barədə ortaq razılığa gəlib.

Son.az APA-ya istinadən bildirir ki, Gürcüstanın Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayıb. Bəyanata əsasən məhdudiyyət martın 20-dən tətbiq ediləcək.

Qeyd edək ki, martın 14-dən etibarən Sarp gömrük keçid məntəqəsi ilə qarşılıqlı səfərlər məhdudlaşdırılıb. Məhdudiyyətin yük daşımalarına şamil olunmayacağı açıqlanıb.